2013-cü ilin büdcəsində Qarabağ üçün vəsait ayrılıb
Bu gün parlamentdə 2013-cü ilin büdcə layihəsinin müzakirəsi davam edib. Lent.az-ın verdiyi məlumata görə, maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatlar tərəfindən qaldırılan sualları cavablandırıb.
Büdcə layihəsində neftin 1 barrelinin qiymətinin 100 dollar olması ilə bağlı risklərin yaranacağı ilə əlaqədar millət vəkillərinin narahatlığına münasibət bildirən Samir Şərifov deyib ki, dövlət büdcəsinin gəlirlərinin strukturu elə qurulub ki, bir qismi gömrük, vergi daxilolmaları və Neft Fondundan transferlər hesabına formalaşır: “Büdcəyə Neft Fondundan transfer neft rəqəmləri ilə bağlı deyil. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq: “Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər”.
Samir Şərifov xalq artisti Zeynəb Xanlarovanın gələn ilin büdcəsinin müəllim, həkim, pensiyaçıların həyatında hansı dəyişikliklər yaradacağı ilə bağlı sualını da cavablandırıb: “Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən büdcədən maliyyələşənlərin əməkhaqqı və pensiyalar 11 dəfə artıb. Bu ənənə 2013-cü ildə də davam etdiriləcək və prezident tərəfindən müvafiq addımlar atılacaq. Azərbaycanda infrastruktur layihələr həyata keçirilir. Əsas amil təkcə büdcə sektorunda çalışanların əməkhaqqı ilə ölçülmür. İş şəraitinin, infrastrukturun yaxşılaşdırılması lazımdır. Təhsil sahəsində məktəblərin tikilməsi, yenidən qurulması həyata keçirilir. 2012-ci ildə 450 məktəb və 109 uşaq bağçasında təmir işləri aparılıb. 250 məktəb və 81 bağça istifadəyə verilib. Rayonlarda da bu işlər görülür. Bu il 299 məktəb və 48 bağçada işlər davam etdirilib”.
Samir Şərifov qeyd edib ki, büdcə layihəsində ölkənin bütün rayon və şəhərlərinin, o cümlədən Dağlıq Qarabağ və işğal olunmuş rayonlarla bağlı məsələlər əksini tapıb. Onun sözlərinə görə, müdafiə sahəsinə hər il müvafiq xərclər ayrılır: “Digər sahələrə gəlincə, büdcəmiz investisiya yönümlüdür. İnkişaf etmək istəyiriksə, buna vəsait ayırmalıyıq. Əsaslı xərclər büdcənin 45,8 faizini təşkil edir. Bu, Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərini göstərir. O cümlədən sosial xərclərdə də heç bir azalma baş verməyib”.
Maliyyə naziri uşaq bağçalarına ayrılan vəsaitlərinin artırıldığını və artırılmağa davam ediləcəyini bildirib. Eyni zamanda bu vəsaitlərin səmərəli xərclənməsinə nəzarətin artırılacağını da qeyd edib. O, dərs yükü ilə bağlı Təhsil Nazirliyinə hər hansı məhdudiyyət qoyulmadığını bildirib: “Bu, uşaqların sayı ilə bağlıdır. Bizdə 8 şagirdə 1 müəllim düşür. Avropada 15-17 şagirdə 1 müəllim düşür. Müəllimlərin sayı çox olduğuna görə dərs yükü müəyyən nisbətdə bölüşdürülməlidir. Həkimlərdə də xəstələrin, çarpayı sayının nisbəti məsələsi var. Bu sahələrdə də struktur islahatlar aparmalıyıq ki, xərclər daha səmərəli istifadə edilsin”.
Maliyyə naziri BDU-nun rektoru Abel Məhərrəmovu ali təhsilə xərclərin azalması fikri ilə razılaşmayıb: “Dövlət sifarişi ilə təhsil alan şagirdlərə daha çox vəsaitin ayrılması ilə bağlı prezident sərəncam imzalayıb. Təkcə dövlətə məxsus ali təhsil müəssisələrində deyil, özəl təhsil müəssisələrində də dövlət hesabına tələbələr təhsil ala biləcəklər. Keçən ildən başlayaraq büdcədən kənar xərclər həmin ali təhsil müəssisələrinin öz bank hesablarına daxil olur, dövlət büdcəsindən hesablanmır. Ali məktəblər bu vəsaitlərin də artıq onların sərəncamında olduğunu nəzərə alsınlar”.
Ramiz

2380