"Qısa müddətdə sahibkarlara dəstək olmasa..." - Əli Məsimli
05 avqust 2020 12:26 (UTC +04:00)

"Qısa müddətdə sahibkarlara dəstək olmasa..." - Əli Məsimli

“Koronavirus təkcə tibbi deyil, həm də iqtisadi, sosial, psixoloji fəsadlar yaradır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat yeni iqtisadi paketlə bağlı bəzi gözləntilərə münasibət bildirmək istədiyini bildirib: “Sahibkarlara 98 milyon manat, mikrosahibkarlara 64 milyon manat ayrılıb. Əksər sahibkarlıq subyekti bu gün ya çöküb, ya da ağır vəziyyətdədir. Onlara ayrılan vəsait çox azdır. Yeni iqtisadi paket hazırlananda 5 aylıq dövr ciddi müzakirə olunmalı və nəzərə alınmalıdır. Yeni paketə yen tədbirlər kompleksi daxil edilməlidir. Qısa müddət ərzində sahibkarlara dəstək olmasa, 1 milyard manat da yadım verməklə sahibkarları düşdüyü vəziyyətdən çıxarmaq mümkün olmayacaq. Bu gün sahibkarlara vəsait verilmədiyi üçün onlar işçilərə maaş verə bilmir. Həmin şəxslər də işsiz insan ordusuna qoşulub. Bunun da statistikası aparılmalıdır. Bu gün işsizlər və imkansızlar çox ağır vəziyyətə düşüb. Bununla bağlı İqtisadiyyat Nazirliyi kimi, ƏƏSMN-nin də sorğu keçirməsinə ehtiyac var. Problemin fundamental həlli pandemiya dövründə çətin olsa da, islahatların dərinləşdirilməsindən keçir. Başlanan islahatlar daha da dərinləşdirilməli, əlavə vəsaitin daxil olması üçün yeni mənbələr axtarılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2854
avatar

Oxşar yazılar