Yunis Hüseynov ilin ən yaxşı futbolçusunu açıqladı
24 dekabr 2020 11:52 (UTC +04:00)

Yunis Hüseynov ilin ən yaxşı futbolçusunu açıqladı

“Mənə görə 4 futbolçunu ilin ən yaxşısı hesab etmək olar”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Keşlə” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

55 yaşlı mütəxəssis seçim etməkdə çətinlik çəkdiyini bildirib. Çünki Hüseynov bir neçə oyunçunu fərqləndirib: “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, yarımmüdafiəçisi Abdullah Zubir, “Keşlə”nin müdafiəçisi Azər Salahlı və “Zirə”nin hücumçusu Ağabala Ramazanov ən yaxşılardır. Əgər onlar arasında birini seçmək lazımdırsa, o zaman Şahrudinə üstünlük verirəm”.

Qeyd edək ki, buna qədər Əfran İsmayılov (“Səbail”), Vüsal İsgəndərli (“Keşlə”) və Mehdi Cənnətov (“Sumqayıt”) da ilin ən yaxşı futbolçusu kimi Şahrudin Məhəmmədəliyevi seçib.

# 1257
avatar

Oxşar yazılar