Zlatan İbrahimoviç
25 dekabr 2020 19:47 (UTC +04:00)

Zlatan İbrahimoviç

"Yorulmuşam, artıq..." - Zlatan İbrahimoviç

“Artıq İsveçdə yaşayan ailəmin yanında olmaq istəyirəm. Onlardan ötrü çox darıxıram”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib.

39 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında karyerasını bitirmək istədiyini etiraf edib: “Yorulmuşam, artıq çətinliklə dayanıram. Baş məşqçimiz Stefano Pioli mənə deyir ki, İsveçdə 2 uşağın var, burada 25 övladın var, onlar sənə ehtiyac duyurlar. O, məni bu sözlərlə fikrimdən daşındırır”.

Superulduz əlavə edib ki, nə qədər istedadlı olursan-ol, mütləq çalışmalısan: “İstedad inkişaf etdirməklə faydalı olar. Hər zaman dayanmadan çalışmaq lazımdır. Fədakarlığı göz önünə gətirməli, hər gün saatlarla məşq etməlisən. Əks təqdirdə 90 dəqiqə ərzində gördüyün işin heç bir önəmi qalmaz”.

Zlatan karyerasını nə zaman bitirəcəyi ilə bağlı məsələyə də toxunub. O, hələ də qərarını vermədiyini söyləyib: “Milan”da özümü evimdəki kimi hiss edirəm. Burada nə qədər qalacağımı bilmirəm, həyat davam edir. Bu barədə tək başıma qərar verəcək qədər böyük eqoya sahib deyiləm. Ailəm hər şeydən önəmlidir. İtaliyada İsveçdən çox yaşamışam, burada hər şeyi sevirəm”.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən Zlatan İbrahimoviç bu mövsüm A seriyasında 10 qol, 1 assistlə yadda qalıb.

# 1812
avatar

Oxşar yazılar