Yayda “Çelsi”dən  gedə bilərlər
06 fevral 2023 19:57 (UTC +04:00)

Yayda “Çelsi”dən gedə bilərlər

"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq və cinah oyunçusu Hakim Ziyeçşyay transfer pəncərəsində "Çelsi"ni tərk edə bilər.

Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir. 

Hər iki oyunçu bu qış London klubunu tərk etmək niyyətində idi, lakin keçidlər uğursuz baş tutmayıb. Obameyanq "Çelsi"ni tərk edə bilməyib, çünki FİFA qaydaları oyunçuya mövsüm ərzində iki klubdan çox oynamağı qadağan edir və Ziyeşin PSJ-yə transferi göndərilən sənədlərdəki səhvlərə görə baş tutmayıb.

Mənbənin məlumatına görə, iki futbolçu karyerasını başqa klublarda davam etdirmək variantlarını nəzərdən keçirir.

"Çelsi" Premyer Liqada 21 oyunda 30 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
 

# 1671
avatar

Oxşar yazılar