“Qalatasaray”ın futbolçusu Sabri Sarıoğlu həyat yoldaşına bahalı hədiyyə verib. Lent.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi xanımına 890 min avro dəyərində “Lamborghini Aventador” avtomobili alıb. Onun bu addımı Türkiyədə səs-səda yaradıb. Sabrinin həyat yoldaşı Yağmur ərinin ona verdiyi hədiyyədən sonra özünü çox xoşbəxt hiss etdiyini bildirib.
1163