Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində olublar.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, burada dövlət başçısı Azərbaycanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb.