Azərbaycanlı paralimpiyaçı Gündüz İsmayılova qarşı dopinq ittihamı ilə qoyulan ömürlük qadağa ləğv olunub.
Lent.az-ın
BPK-nin məlumata görə, sözügedən qadın həmçinin Afinada keçirilən oyunlarda paralimpiyaçı olub. O, Bakı məhkəməsində boynuna alıb ki, 2003-cü ildə cütlük ayrılandan sonra onu "cəzalandırmaq üçün" cənab İsmayılovun içkisinə anabolik steroid qatıb.
İsmayılov bundan əvvəl 2000-ci il Sidney oyunlarında dopinqə görə iki illik qadağa çəkdiyinə üçün, ikinci hala görə ömürlük qadağa cəzası almışdı.
"İkinci pozuntu atletin öz günahı deyil, təxribat nəticəsində baş verib", BPK-nin Anti-Dopinq Komitəsinin sədri Toni Pascual deyib, və bu halın "çox unikal" olduğunu əlavə edib.
BPK-nin siyasətinə görə, ömürlük qadağanın qaldırılması üçün İsmayılov testlərdən keçməlidir və yarışlarda yenidən iştirak etmək üçün, üç ay yarışdan kənar testləri verməlidir.