Azarkeşlər klub prezidentinin avtomobilini yandırdılar
08 fevral 2017 06:36 (UTC +04:00)

Azarkeşlər klub prezidentinin avtomobilini yandırdılar

İtaliya A seriyasında mübarizə aparan “Peskara”nın prezidenti maraqlı hadisə ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, komandanın azarkeşləri prezidentin iki avtomobilini yandırıblar.

 

Buna səbəb “delfinlər”in cari mövsüm uğursuz çıxış etməsidir. Hazırda hesabında 9 xal olan “Peskara” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Hadisədən sonra qısa açıqlama verən prezident Daniele Sebastiani mövsümün sonunda vəzifəsindən istefa verəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar