“Bakı-2015”: paracüdoçularımız mübarizəyə qoşulur
26 iyun 2015 10:22 (UTC +04:00)

“Bakı-2015”: paracüdoçularımız mübarizəyə qoşulur

 

Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulacaqlar. Apasport.az saytının məlumatına görə, 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.

 

Həmyerlilərimizdən İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva yığmamızın medal sayını artırmağa çalışacaq.

 

Paracüdo

 

Kişilər

+90 kq

Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verəcək. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Dursun Hayran (Türkiyə) – Klimis Papaçristos cütünün güclüsü ilə güləşəcək.

 

Bu çəki dərəcəsində tatamiyə çıxacaq digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gələcək. 1/4 finala təsadüf edəcək qarşılaşmanın start fiti saat 15:12-də veriləcək.

 

Qadınlar

57 kq

Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayacaq. Görüş saat 15:00-da başlayacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar