<b>Azərbaycanlı boksçu ermənini rinqə çıxdığına peşman etdi</b>
15 aprel 2016 17:58 (UTC +04:00)

Azərbaycanlı boksçu ermənini rinqə çıxdığına peşman etdi

 

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışın yarımfinalında ikinci boksçumuz da çıxışını uğurla başa vurub.

 

Belə ki, Yana Alekseyevnanın (60 kq) ardınca dünya çempionumuz Cavid Çələbiyev (56 kq) də finala vəsiqə qazanıb. O, yarımfinalda Ermənistan millisinin üzvü Aram Avaqyanı rinqə çıxmağa peşman edib.

 

Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib.

 

Nəticədə o, boks yığmamıza Olimpiada üçün 5-ci vəsiqəni qazandırıb.

 

Final döyüşləri sabah keçiriləcək. Bu döyüşün nəticəsi yalnız medal əyarı baxımından önəmli olacaq.

 

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 36-ya, Rioya yollanacaq idmançılarımızın sayı 37-yə çatıb.

 

Çələbiyevdən öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

ApaSport TV

Oxşar yazılar