Avropa Oyunlarının könüllüləri parad keçirəcək
07 iyul 2015 10:49 (UTC +04:00)

Avropa Oyunlarının könüllüləri parad keçirəcək

İyulun 12-də “Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək. Lent.az-ın məlumatına görə, “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan milli yığma idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı 2015” paradı baş tutacaq.  Parad 20:00- da Əl Oyunları Sarayından  başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.

 

“Bakı 2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək. “Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan Milli Yığmasının idmançılarına həsr olunmuş  konsert proqramı saat 21:00-da “Saat qülləsi”nin yanında başlayacaq və estrada ulduzlarımızın iştirakı ilə davam edəcək.

 

Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar