“Al Jazeera” Bakıda keçiriləcək “Formula-1” ilə bağlı məqalə dərc edib
19 iyun 2015 19:17 (UTC +04:00)

“Al Jazeera” Bakıda keçiriləcək “Formula-1” ilə bağlı məqalə dərc edib

“Al Jazeera” saytında 2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” yarışları ilə bağlı geniş məqalə dərc edilib. APA-nın sayta istinadən xəbərinə görə, Əhməd Sivaslı imzalı materialda bildirilib ki, Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunlarından sonra “Formula-1”in pilotları diqqət mərkəzində olacaq.

Dünyanın ən bahalı və populyar motorlu idman yarışı olan “Formula-1” indiyədək 31 ölkədə keçirilib.


“Formula-1” yarışlarının türkiyəli şərhçisi Sərhan Acar bunun Azərbaycan üçün mühüm addım olduğunu deyib. Onun fikrincə, yarışın Azərbaycanda keçirilməsi ölkənin imici və tanınması baxımından önəmlidir.

 

Məqalədə bildirilir: “Çinin “Tiananmen”, İranın “Azadi”, Rusiyanın Qızıl Meydanı olduğu kimi, Azərbaycanın da Azadlıq meydanı var. Yarışa burada start veriləcək”.  

 

Türkiyəli jurnalist Murad Ağca hesab edir ki, geniş yollara sahib olan Azərbaycan yarış üçün əlverişlidir: “Azərbaycan idman turizmi sayəsində ölkənin nələrə qadir olduğunu , xalqının nələr edə bildiyini dünyaya göstərmək istəyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar