VAR sistemi Azərbaycan Premyer Liqasında - QƏTİ QƏRAR VERİLDİ
19 avqust 2021 14:05 (UTC +04:00)

VAR sistemi Azərbaycan Premyer Liqasında - QƏTİ QƏRAR VERİLDİ

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaq videokonfrans formatında təşkil olunub.

Komitə üzvləri bir sıra məsələləri müzakirə edib. Yekunda aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.

2. 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).

3. "2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun.

4. İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun.

5. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar