Ukraynalı gözəllər AVRO-2020-ni kölgədə qoydu - FOTOSESSİYA
26 iyun 2021 05:00 (UTC +04:00)

Ukraynalı gözəllər AVRO-2020-ni kölgədə qoydu - FOTOSESSİYA

 

Ukrayna millisinin futbolçularının həyat yoldaşları AVRO-2020-ni kölgədə qoyub.

Apasport.az saytının məlumatına görə, yığmanın oynadığı stadionlarda komandalarına dəstək olan ukraynalı xanımlar gözəllikləri ilə arenalara xüsusi ab-hava bəxş edib.

Meydandakı oyunu da unudan azarkeşlər gözəllərlə şəkil çəkdirmək üçün növbələrə dayanıb. Lakin onların dəstəyi qarşısında qazanılan nəticə qadınları razı salmayıb.

Ukrayna millisi qrupda yalnız bir qələbə qazanıb. Hərçənd qadınlar özləri də belə dəstəklə komandanın daha artığına imza atmalı olduğunu gizlətmir.

Qeyd edək ki, Ukrayna millisi qrupda Niderlanda 2:3, Avstriyaya 0:1 hesabı ilə uduzub, Şimali Makedoniyanı 2:1 hesabı ilə yenib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar