İrina Kindzerska, cüdoçu
30 iyul 2021 13:12 (UTC +04:00)

İrina Kindzerska, cüdoçu

Tokio-2020: Yığmamız ilk medalını qazandı

Azərbaycan cüdo yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb. 

Apasport.az saytının məlumatına görə, bu gün ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska mübarizəyə qoşulub. 

Cüdo
30 iyul
Kişilər
+100 kq

1/16 finaldan yarışa start götürən Uşanqi Kokauri polşalı Matsey Sarnaçkiyə ipponla qalib gəlib. Ancaq o, uğurlu çıxışını davam etdirə bilməyib. Kokauri növbəti raundda Braziliya təmsilçisi Rafael Silvaya eyni qaydada uduzaraq mübarizəni dayandırıb.

Qadınlar
+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerska ilk görüşünə 1/8 finalda çıxıb. 30 yaşlı cüdoçumuz Bosniya və Herseqovinadan olan rəqibi Larisa Çeriçə heç bir şans verməyib. Kindzerska əvvəlcə onu, 1/4 finalda isə cənubi koreyalı Miyin Hanı ippona salaraq yarımfinala adlayıb. İdmançımız final yolunda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, bu dəfə özü ipponla uduzan Kindzerska qızıl medal şansını əldən verib.

O, bürünc uğrunda mübarizəni davam etdirib. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışı medalsız başa vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar