Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Olimpiadanın ikinci günündə Azərbaycan yığmasının 3 boksçusu mübarizəyə başlayıb.
Onlardan Teyfur Əliyevlə Lorenzo Sotomayor yarışla vidalaşdığı halda, Məhəmməd Abdullayev 1/8 finala yüksəlib.
24 iyul
1/16 final
57 kq
Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam) - 2:3 (28:29, 29:28, 29:28, 28:29, 27:29)
69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan) - boksçumuz qaşından zədələndiyi üçün hakim üçüncü raundda döyüşü dayandırıb və rəqib qalib elan olunub
+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn) - 3:1
Qeyd edək ki, yığmamız Olimpiadaya 5 boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilir.