Tokio-2020 Yay Olimpiya Oyunları bir sıra maraqlı məqamlarla qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, iyulun 23-dən avqustun 8-dək keçirilən turnirdə rekordlar və diqqətçəkən göstəricilər tarixə düşüb.
93 ölkə
Tokio-2020-də 93 ölkənin idmançıları medal qazanıb. Bu, Olimpiadalar tarixində yeni rekorddur. Bunadək rekord 87 yığma üzvlərinin fərqləndiyi Pekin-2008-ə məxsus idi.
“Penta-trik”
ABŞ yığmasının basketbolçuları Sue Bird və Diana Tauris ən azı 5 Olimpiadada qızıl medal qazanan ilk idmançılar olub. Onlar Afina-2004, Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020-nin çempionlarıdır.
“11-lik”
ABŞ atleti Alison Feliks Olimpiya Oyunlarında qazandığı medalların sayını 11-ə çatdırıb. O, atletika tarixində bunu bacaran 12-ci idmançıdır. Yalnız finlandiyalı Paavo Nurmi daha çox – 12 dəfə fərqlənib.
22 dünya rekordu
Tokio-2020-də 22 dünya rekordu qeydə alınıb. Onlardan 7-si velosiped idmanı, 6-sı üzgüçülük, 4-ü ağırlıqqaldırma, 3-ü atletika, 1-i atıcılıq, 1-i qayayadırmanmada qeydə alınıb.
3-cü
Keniyalı Eliud Kipçoqe Olimpiya Oyunlarında iki marafonda çempion olan 3-cü idmançı olub. Onun aktivində 5 min metr məsafəyə qaçışda da Olimpiya bürüncü də var.
İxtisaslaşanlar
Olimpiadada 5 və ya daha çox medal qazanan ölkələrdən 6-sı mükafatlarının yarıdan çoxunu bir idman növündə əldə edib. Polşa, Yamayka və Keniya atletikada, Gürcüstan cüdoda, İran güləşdə, İndoneziya ağırlıqqaldırmada ixtisaslaşıb.
“Taxta medal”
Bir çox ölkələrdə mükafatların bir addımlığında dayanıb 4-cü olanların “taxta medal”çı deyirlər. Tokio-2020-də ABŞ hamıdan çox – 26, Rusiya Olimpiya Komitəsi – 15, Böyük Britaniya 14 belə nəticə göstərib.
Qadınlar dünyası
Qadın idmançıların qazandığı medalların sayı ümumi sıralama ilə düz mütənasibdir. ABŞ (23 qızıl, 22 gümüş, 21 bürünc) birinci, Çin (22 qızılı, 16 gümüş, 9 bürünc) ikinci, Yaponiya (14 qızıl, 8 gümüş, 8 bürünc) üçüncüdür.
Ən bahalı
Tokio-2020 Olimpiadalar tarixinə ən çox xərc çəkilən yarış kimi düşüb. Təşkilatçılar ümumilikdə 25 milyard dollar xərcləyib. Bunun 2,8 milyardı yarışın koronavirus pandemiyası üzündən bir il təxirə salınması ilə bağlıdır.
4 milyard
Tokio-2020-nin yarışlarını 4 milyard televiziya tamaşaçısı izləyib. Bu, Olimpiadalar üçün rekord göstəricidir. İlkin rəqəmlərə əsasən yayım Beynəlxalq Olimpiya Komitəsinə 1 milyard dollar qazandırıb.
Sinqapurda rekord mükafat
Qızıl medal üçün ən çox mükafat vəd olunan ölkə Sinqapurdur – 737 min dollar. Çin Taypeyindəı çempionluğun dəyəri 716 min təşkil edib. İndoneziyada bu rəqəm 346, Banqaladeşdə 300, Qazaxıstanda 250 minə bərabərdir. Malayziya (236), İtaliya (213) və Filippin (200) də 200 mini arxada qoyub.
İlk medalçı transgender
Kanadalı Rebekka Kuinn Olimpiya Oyunlarında medal qazanan ilk transgender olub. O, qadın futbolçulardan ibarət yığmada qızıl medala sahib çıxıb.