Tokio-2020:   Azərbaycanın 2 idmançısı mübarizəyə başlayır
05 avqust 2021 00:33 (UTC +04:00)

Tokio-2020: Azərbaycanın 2 idmançısı mübarizəyə başlayır

 

Bu gün Azərbaycanın daha iki yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, sərbəst güləş və karate millilərimizin ilk təmsilçiləri gücünü sınayacaq.

1/8 finaldan yarışa start verəcək Turan Bayramov medal şansını sabaha saxlamağa çalışacaq. Karateçi Firdovsi Fərzəliyev isə günü medalla tamamlamağa çalışacaq. O, qrup mərhələsindən yarışa başlayacaq.

Qeyd edək ki, millimiz bunadək üç bürünc medal qazanıb. İrina Kindzerska (+78 kq) cüdoda, Alfonso Dominqes (81 kq) boksda, Rafiq Hüseynov (77 kq) yunan-Roma güləşində medal əldə edib.

5 avqust
06:30. Sərbəst güləş, kişilər. 74 kq. 1/8 final. Turan Bayramov – Vasil Mixaylov (Ukrayna)
07:05. Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev - Eray Şamdan (Türkiyə)
Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev - Naoto Saqo (Yaponiya)
Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev - Darxan Assadılov (Qazaxıstan)
Karate, kişilər. Kumite, 67 kq. A qrupu. Firdovsi Fərzəliyev - Əli Əlsavi (Misir)

# 2862
avatar

Oxşar yazılar