Şəhriyar Məmmədyarov yarışdan imtina etdi
17 dekabr 2020 19:12 (UTC +04:00)

Şəhriyar Məmmədyarov yarışdan imtina etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.

Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.

Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.

Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2309

Oxşar yazılar