Ronaldo qol sayında Peleni keçdi
04 yanvar 2021 02:37 (UTC +04:00)

Ronaldo qol sayında Peleni keçdi

İtaliya A seriyasının XV turunda “Udineze” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus”da hücumçu Kriştianu Ronaldo dubla imza atıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz rəsmi matçlarda 758-ci qolunu vurub.

Bununla 35 yaşlı forvard əfsanəvi braziliyalı Peleni geridə qoyub. Futbol kralı 812 görüşdə 757 dəfə rəqib qapılarına yol tapıbsa, Ronaldonun bu göstəricini keçmək üçün 1032 matça ehtiyacı olub. CR7 bu qolları “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” və Portuqaliya millisində vurub.

Qeyd edək ki, qol sayına görə mütləq rekord 1931-1955-ci illər ərzində 759 qol vuran çexiyalı Jozef Biscana məxsusdur.

# 1947
avatar

Oxşar yazılar