“Qarabağ”ın "Vilyarreal"la oyununun hakimi açıqlandı
08 dekabr 2020 14:10 (UTC +04:00)

“Qarabağ”ın "Vilyarreal"la oyununun hakimi açıqlandı

0

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Vilyarreal” klubu ilə keçirəcəyi son matçın hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA oyuna Ukraynadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Vilyarrealda baş tutacaq qarşılaşmada Mikola Balakin ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Andrey Skripka və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da “De La Seramika” stadionunda keçiriləcək “Vilyarreal” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 801

Oxşar yazılar