“Qarabağ”ın rəqibi müəyyənləşir – Konfrans Liqasında
02 avqust 2021 09:54 (UTC +04:00)

“Qarabağ”ın rəqibi müəyyənləşir – Konfrans Liqasında

 

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bu gün bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, bu, turnirin pley-off mərhələsinin Əsas yolunun püşkündə müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Ağdam təmsilçisinin Kipr AEL-i ilə təşkil etdiyi cüt püşkdə səpələnmişlərdən olacaq.

Qurban Qurbanovun yetirmələrini 4 mümkün variant gözləyir:

MOİK (Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
“Pakuş de Ferreyra” (Portuqaliya) – “Lame” (Şimali İrlandiya)
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)

Qeyd edək ki, AEL – “Qarabağ” oyunları avqustun 5-də və 12-də, pley-off matçları 19-da və 26-da keçiriləcək.

# 2016
avatar

Oxşar yazılar