“Qalatasaray” klubunda yeni prezident məlum olub.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.
Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.
Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.