Morqan De Sanktis
06 yanvar 2021 16:25 (UTC +04:00)

Morqan De Sanktis

“Qalatasaray”ın keçmiş qapıçısı qəzaya düşdü

Türkiyənin “Qalatasaray” klubunun keçmiş qapıçısı Morqan De Sanktis bədbəxt hadisə ilə üzləşib.

Apasport.az saytının məlumartına görə, 44 yaşlı sabiq qolkiper avtomobil qəzası keçirib.

2008/09 mövsümündə icarə əsasında “cim-bom”un çərçivəsini qoruyan De Sanktis hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. İtaliya millisinin də formasını geyinmiş gənc mütəxəssis hazırda reanimasiyadadır.

Qeyd edək ki, Morqan De Sanktis karyerası ərzində “Peskara”, “Yuventus”, “Udineze”, “Sevilya”, “Qalatasaray”, “Napoli”, “Roma” və “Monako” klublarının şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Oxşar yazılar