Türkiyənin “Qalatasaray” klubu futbolçusu Radamel Falkao ilə vidalaşmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, İstanbul klubu 35 yaşlı hücumçunu satmağa qərar verib.
Kolumbiyalının müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Bu üzdən klub rəhbərliyi cənubi amerikalı azad agent statusu alana qədər transferdən qazanmağa qərar verib.
Falkaonun Avropadan kənarda oynayacağı gözlənilir. O, MLS, Səudiyyə Ərəbistanı və Qətər klublarının maraq dairəsindədir.