PSJ-nin baş məşqçisi onu "Arsenal"la oyuna buraxmır
01 oktyabr 2024 20:31 (UTC +04:00)

PSJ-nin baş məşqçisi onu "Arsenal"la oyuna buraxmır

PSJ-nin cinah oyunçusu Usman Dembele Çempionlar Liqasında "Arsenal"la oyun öncəsi klubun heyətindən kənarlaşdırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, komandanın baş məşqçisi Luis Enrike bunun səbəbini açıqlayıb:

“Düşünürəm ki, bu oyun vacibdir və futbolçularımın ən yaxşı vəziyyətdə olmasını istəyirəm. Mən onu cəzalandırdım və komanda üçün ən yaxşısını istəyirəm. Mən bundan serial çəkməyə hazırlaşmıram. Aramızda heç bir mübahisə olmayıb. Futbolçunun komanda qarşısında öhdəliklərini yerinə yetirməsində problem var, lakin futbolçu ilə məşqçi arasında heç bir problem yoxdur”.

Bu mövsüm Dembele 7 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Arsenal" - PSJ qarşılaşması bu gün Londonda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357
avatar

Oxşar yazılar