"Fluminense" Felipe Melonun 18 yaşlı oğlu Davi Melo ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, təcrübəli yarımmüdafiəçi oğlu ilə oynaya biləcək.
Bir müddət "Qalatasaray"da da çıxış edən Felipe Melo ilə bağlı diqqətçəkən proses yaşanıb.
Braziliyanın “Fluminense” komandası təcrübəli oyunçunun 18 yaşlı oğlu Davi Melo ilə 2025-ci ilə qədər müqavilə imzalandığını açıqlayıb.
Braziliya klubu ilə daha 1 il müqaviləsi olan Felipe Melo oğlu ilə eyni komandada çıxış edə biləcək.