SEMrush portalının apardığı araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə “Google”də ən çox populyar futbolçular arasında “Pari Sen-Jermen”in hücumçusu Neymar axtarılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, beləliklə, braziliyalı ikinci ildir dalbadal axtarılan ən polulyar oyunçu olub.
2020-ci ildə parislilərin hücumçusunu orta hesabla ayda 482 636 dəfə axtarıblar.
Populyar oyunçular siyahısında ikinci sırada “Yuventus”un hücumçusu (325 909) Kriştianu Ronaldudur.
Neymarın klub yoldaşı, hücumçu Kilian Mbappe ayda 147 955 dəfə axtarılıb. O, altınçı sıradadır. Messi bu göstəriciyə görə, 9-cu sıradadır (118 545 dəfə axtarılıb).