“Neftçi”nin yarımmüdafiəçisi Fələstin yığmasına dəvət aldı
10 iyun 2023 05:42 (UTC +04:00)

“Neftçi”nin yarımmüdafiəçisi Fələstin yığmasına dəvət aldı

Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb. İyirmi səkkiz yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək.

Lent.az kluba istinadla xəbər verir ki, millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.

Qeyd edək ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Oxşar yazılar