“Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyəyə yollanacağı tarix müəyyənləşib.
Lent.az Apasport.az saytına istinadla bildirir ki, Azərbaycan millisinin üzvü bu gün Bursaya gedəcək.
26 yaşlı qolçunun “Bursaspor” rəhbərliyi ilə son dəfə masa arxasına əyləşməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. TFF I liqa klubunun vitse-prezidenti Emin Adanur transferin 99 faiz həll olunduğunu bildirib. Klublar arasında danışıqların da tezliklə yekunlaşacağı vurğulanıb.
Qeyd edək ki, Namik Ələskərovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.