Millinin futbolçusu dopinqə görə CƏRİMƏLƏNDİ
24 mart 2023 14:14 (UTC +04:00)

Millinin futbolçusu dopinqə görə CƏRİMƏLƏNDİ

Rusiya çimərlik futbolu komandasının oyunçusu Yuliya Serjantova dopinqdən istifadə etdiyinə görə məhkəmə tərəfindən 15 min rubl məbləğində cərimə edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2022-ci ildə idmançı meldonium istifadə etdiyinə görə üç il müddətinə komandadan kənarlaşdırılıb. Məhkəmədə Serjantova günahını etiraf edib və cərimənin məbləğinin azaldılmasını istəyib. Çünki komandadan kənarlaşdırıldığı üçün qazancını itirib və cəriməni ödəyə bilmir.

Xatırladaq ki, Serjantovanın 31 yaşı var. O, yarımmüdafiəçi kimi çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar