Millimizdən 3-cü fiasko –  antirekordun  bir addımlığında
25 avqust 2021 10:22 (UTC +04:00)

Millimizdən 3-cü fiasko – antirekordun bir addımlığında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-də qrupda qalıb.

Apasport.az saytının məlumatına görə, yığmamız son oyununun nəticəsindən asılı olmayaraq mübarizəni davam etdirmək şansını itirib.

Buna komandamızın ardıcıl quru hesablı məğlubiyyətləri səbəb olub. Keçirdiyi 4 oyunda nəinki xal, hətta set də qazanmayan Vüqar Əliyevin yetirmələri yalnız qrup sonuncusu olmamağa ümid edə bilər. Bunun özü də möcüzəyə bağlıdır.

Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya 0:3 hesabı ilə uduzan komandamız üçün Fransa ilə görüş təsəlliverici xarakter daşıyır.

Ardıcıl 9-cu dəfə Avropa çempionatının final mərhələsində çıxış edən yığmamız 3-cü dəfə qrup səddini adlaya bilmir. 6 dəfə bunu bacaran komanda yalnız 2013-cü və 2015-ci illərdə qrupdan çıxmayıb. 

Lakin həmin illərdə qrupda 6 deyil, 4 komanda çıxış edib. Yığmamız da 3 məğlubiyyətlə 4-cü yeri tutub. Hər iki halda millimiz evə heç olmasa 1 setdə qalib gələrək qayıdıb. Bu dəfə isə hələ set də yoxdur.

Mütləq antirekord olmaması üçün yığmamız Fransanı heç olmasa bir setdə udmalıdır. Rəqibin güclü olmaması buna imkan versə də, millimizdən də nə isə gözləmək çətindir. Uduza-uduza gedən Əliyevin yetirmələrinin çıxışı antirekorddan qaçmağa ümid üçün də əsas vermir.

il

O

Q

M

S/F

 

 

2005

7

4

3

12-11

1/2 final

IV

2007

8

1

7

4-21

İkinci mərhələ

XII

2009

8

1

7

8-23

Pley-off

XII

2011

4

1

3

6-10

Pley-off

IX

2013

3

0

3

1-9

İlkin mərhələ

XV

2015

3

0

3

1-9

İlkin mərhələ

XIV

2017

6

4

2

15-7

1/2 final

IV

2019

6

4

2

12-10

1/8 final

X

2021

4

0

4

0-12

İlkin mərhələ

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar