Messidən Pelenin rekorduna bərabər QOL SAYI
20 dekabr 2020 03:36 (UTC +04:00)

Messidən Pelenin rekorduna bərabər QOL SAYI

İspaniya La Liqasının “Barselona” – “Valensiya” qarşılaşması rekordla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmada meydan sahiblərinin ilk qoluna imza atan Lionel Messi komandasının heyətində 643-cü qolunu vurub.

Bununla da argentinalı bir klubda vurulan qol sayında futbol kralı Pelenin rekordunu təkrarlayıb. Braziliyalı doğma “Santos”unun heyətində 643 dəfə fərqlənib.

Qeyd edək ki, 45+5-ci dəqiqədə hesabda tarazlıq yaradan Messinin ikinci hissədə mütləq rekord üçün vaxtı olsa da, bundan yararlanmayıb.

# 1896
avatar

Oxşar yazılar