Lionel Messi
17 dekabr 2020 10:02 (UTC +04:00)

Lionel Messi

Messi qol vurmadan tarixi uğur qazandı

0

“Barselona”nın La Liqanın lideri “Real Socyedad”ı 2: 1 hesabı ilə məğlub etdiyi İspaniya çempionatının 19-cu tur matçı, katalonların ulduzu Lionel Messi üçün tarixi yubiley olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu qələbə 33 yaşlı argentinalı üçün “Kamp Nou”da 300-cü olub.

Xatırladaq ki, oyunun gedişində “Barselona” 0:1 hesabı ilə geri düşsə də, Alba və De Yonqun qolları ilə “Real Sosyedadı” məğlub etməyi bacarıb.

İndi Messinin hesabında İspaniya çempionatının ev oyunlarında 211 qələbə var. O, 53 dəfə Çempionlar liqasında, 30 dəfə İspaniya Kubokunda və 6 dəfə ölkə Superkubokunda meydanı qalib kimi tərk edib. Messi “Kamp Nou”da 380 qol vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1048

Oxşar yazılar