Məhəmməd Salah
23 avqust 2021 16:22 (UTC +04:00)

Məhəmməd Salah

Məhəmməd Salah Misir yığmasına buraxılmadı - SƏBƏB

İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahı Misir yığmasına buraxmayıb.

Apasport.az saytının məlumatına görə, bunu Misir Futbol Assosiasiyası (EFA) açıqlayıb.

EFA-nın yaydığı bəyanatda bildirilir ki, Salah DÇ-2022-nin Qabon və Anqola ilə görüşlərinə gələ bilməyəcək: “Liverpul”dan EFA-ya daxil olan məktubda klub Salahı milliyə buraxa bilməyəcəyi üçün üzr istəyir. Məktubda qeyd edilib ki, koronavirusun yayılmaması üçün İngiltərədə tətbiq olunan tədbirlər bir sıra ölkələrdən gələn oyunçuların qayıtdıqdan sonra karantinə alınmasını tələb edir”.

“Liverpul” rəhbərliyi quruma yolladığı məktubda EFA-nin bu addımı anlayışla qarşılayacağına ümidvar olduğunu da vurğulayıb. Klub digər futbolçuları ilə bağlı da eyni mövqeyi tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar