Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappeyə daha bir klub elçi düşüb.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun gələn yay İspaniya “Real”ına keçəcəyi gözlənilsə də, “Mançester Yunayted” də onu heyətində görmək istəyir.
İngiltərə nəhəngi 2022-ci ilin yayında hücum xəttini Mbappe ilə gücləndirməyi planlaşdırır. Cari mövsümdə 2 oyunda 1 qol vuran forvardın parislilərlə müqaviləsi gələn yay başa çatacaq.