Erlinq Holand
23 dekabr 2020 18:35 (UTC +04:00)

Erlinq Holand

“Mançester Siti” norveçli hücumçunu transfer etmək istəyir

İngiltərənin “Mançester Siti” klubu Dortmund “Borrusiya”sının norveçli hücumçusu Erlinq Holandın təmsilçiləri ilə danışıqlara başlayacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klub Holanda argentinalı hücumçu Serxio Aqueronun əvəzedicisi kimi baxır.

20 yaşlı Holanda “Borrusiya”ya 2020-ci ili qışında Avstriyanın “Zalsburq” klubundan keçib. Onun Almaniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında qədər nəzərdə tutulub.

Norveçli futbolçu bu mövsüm “Borrusiya”nın heyətində 14 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.


 

# 1314
avatar

Oxşar yazılar