“Çelsi”nin rəhbərliyi yeni baş məşqçi axtarışı ilə məşğuldur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Frenk Lempardı əvəzləmək üçün Brendan Rocers (“Lester”), Ralf Hazeebhyuttl (“Sauthempton”), Massimiliano Alleqri (“Yuventus”un keçmiş baş məşqçisi) və PSJ-dən göndərilən Tomas Tuxelin namizədlikləri müzakirə olunur.
Bundan əlavə, hazırda Ukrayna milli komandasını çalışdıran London klubunun keçmiş oyunçusu Andrey Şevçenkonun da adı “Çelsi”yə baş məşqçiliyə namizədlər arasında çəkilir.
Qeyd edək ki, “Çelsi”nin rəhbərliyi 42 yaşlı Lemparda komandanın nəticələrini yaxşılaşdırmaq üçün vaxt da vermək niyyətindədir.
“Çelsi” İngiltərə çempionatında 17 turdan sonra 26 xalla turnir cədvəlində 9-cu yerdədir.