PSJ-nin prezidenti Nasser əl-Xelaifi “Barselona”nın yay transfer pəncərəsindəki fəallığından narahatlığını bildirib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, futbol funksioneri İspaniya klubu ilə bağlı maliyyə məsələlərinin araşdırılmasını istəyib.
Onun fikrincə, kataloniyalılar mövsümün əvvəlində transferlər zamanı qanundan kənara çıxıb: “Bu ədalətlidir? Xeyr, ədalətli deyil... Qanunidirmi? Əmin deyiləm. UEFA onlara icazə versə, başqaları da bunu edəcək. Təbii ki, UEFA-nın öz qaydaları var və əminəm ki, onlar bütün bunları nəzərə alacaqlar”.
Qeyd edək ki, “Barselona” bu yay Rafinya, Jül Kunde və Robert Levandovski də daxil olmaqla bir neçə yüksək ödənişli transferlər edib.