İtaliya klubunun baş məşqçisi istefaya göndərildi
08 dekabr 2020 09:31 (UTC +04:00)

İtaliya klubunun baş məşqçisi istefaya göndərildi

0

İtaliyanın “Breşiya” klubu baş məşqçisini istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, Dieqo Lopes uğursuz nəticələrdən sonra vəzifəsini tərk etməli olub.

Ötən mövsüm A seriyasını tərk edən breşiyalılar B seriyasının 9 turundan sonra 14-cü yerdə qərarlaşıb. Bu da iki ay öncə baş məşqçi təyin olunan uruqvaylı mütəxəssisin istefası ilə nəticələnib.

Qeyd edək ki, baş məşqçi postuna əsas namizəd David Dioniqdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 865

Oxşar yazılar