Romelu Lukaku
31 dekabr 2020 19:33 (UTC +04:00)

Romelu Lukaku

İlin bombardirini açıqladı - İFFHS

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin bombardirlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, beynəlxalq oyunlardakı qolların sayında Romelu Lukaku hamını qabaqlayıb.

O, il ərzində 16 qola imza atıb. İtaliya “İnter”inin hücumçusu Belçika yığmasında 5, avrokuboklarda 11 dəfə fərqlənib.

Erllinq Haland 14 qolla ikincidir. O, Norveç millisində 6, Dortmund “Borussiya”sı ilə qitə kuboklarında 8 qola sevinib.

İlk “üçlüy”ü 11 dəfə fərqlənən Neymar qapayır. Braziliya yığmasında 3 qol vuran forvard PSJ-nin avrokuboklardakı 8 topunun müəllifidir.

Qeyd edək ki, cədvəldə 6 və daha çox qol vuran 26 futbolçu yer alıb.

# 2085
avatar

Oxşar yazılar