"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov
25 sentyabr 2021 19:01 (UTC +04:00)

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov

Hakim "Keşlə"nin baş məşqçisini qovdu

Azərbaycan Premyer Liqasının V turunda "Keşlə" "Qarabağ"ı qəbul edir.

Apasport.az saytının məlumatına görə, matçın ilk yarısının sonlarında birincilər baş məşqçisiz qalıb.

Belə ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov fasilə ərəfəsində texniki zonadan qovulub. 41 yaşlı çalışdırıcı kəskin etiraza görə, baş hakim Fərid Hacıyev tərəfindən ardıcıl iki sarı vərəqə aldıqdan sonra qırmızıya "layiq görülüb".

Qeyd edək ki, hazırda "Keşlə" 0:1 hesabı ilə geridədir.

# 1839
avatar

Oxşar yazılar