Hotel əməkdaşına qarşı hücuma görə Tokio polisi tərəfindən saxlanılan Gürcüstanın cüdo üzrə paralimpiya komandasının üzvü Zviad Qoqoçurinin oyunlara akkreditasiyası ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə “Tokio-2020” təşkilat komitəsi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan millisinin digər üzvlərinə də gələcəkdə oxşar hadisələrə yol verilməməsi barədə xəbərdarlıq edilib.
Tokio polisi idmançını bu həftənin əvvəlində saxlayıb. Qoqoçuri hotelin təhlükəsizlik xidməti əməkdaşını itələyib və ona ağır xəsarət yetirib. “Kyodo” agentliyinin verdiyi məlumata görə, paralimpiyaçı həmin vaxt sərxoş olub.
Z.Qoqoçuri 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında 90 kq çəki dərəcəsində qızıl medal qazanıb.