CONCACAF Qızıl Kubokunda Qətər və Panama milliləri arasında keçirilən oyun heç-heçə (3:3) başa çatıb.
Lent.az-ın xarici mediaya sitinadla verdiyi xəbərə görə, qətərlilərin heyətində qollardan birini Almoez Əli vurub.
24 yaşlı hücumçu ilk oyunçudur ki, Asiya Kuboku, Amerika Kuboku və CONCACAF Qızıl Kubokunda ən azı qol vurub.
Bu nailiyyət Qətər millisinin ABŞ-da keçirilən turnirə ilk dəfə dəvət edilməsi sayəsində mümkün olub. Qətərlilər bundan əvvəl – 2019-cu ildə Amerika Kubokunda iştirak üçün dəvət olunmuşdular.
Amerika federasiyaları qrup qurmaq üçün bir cüt komanda olmadığından 2022 Dünya Kubokunun ev sahiblərini dəvət ediblər.
Təbii ki, Portuqaliya və ya Argentina kimi ən yaxşı komandalar digər qitələrin çempionatlarında oynamayacaq.