Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, Ç. Hüseynzadə Azərbaycanda Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.