Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Yasir əl-Şəhraninin çənəsi və bir neçə üz sümükləri sınıb.
Lent.az xəbər verir ki, bu barədə “Gulf Today” qəzeti məlumat yayıb.
O, ötən gün dünya çempionatı çərçivəsində oynanılan Argentina komanadası ilə matçda zədələnib.
Yasir əl-Şəhrani komanda yoldaşı, qapıçı Məhəmməd əl-Ovays ilə toqquşub.
Meydançada huşunu itirən futbolçu Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişi ilə müalicə olunması üçün şəxsi təyyarə ilə Almaniyaya aparılıb.
Oyun Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.