Temmi Abraham
17 avqust 2021 15:45 (UTC +04:00)

Temmi Abraham

“Çelsi”dən “Roma”ya keçdi – 40 milyona

İngiltərənin “Çelsi” klubunun futbolçusu Temmi Abrahamın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını İtaliyada davam etdirəcək.

O, “Roma” keçib. Transferin 40 milyon avroya gerçəkləşdiyi bildirilir.

London klubu 2023-cü ilin iyununa qədər futbolçunu geri qaytarmaq hüququna da malikdir. Lakin bunun üçün 80 milyon avro ödənilməlidir.

Qeyd edək ki, Abraham ötən mövsüm 32 oyunda 12 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar