Serjiu Konseysau ,“Portu”nun baş məşqçisi
29 aprel 2021 18:44 (UTC +04:00)

Serjiu Konseysau ,“Portu”nun baş məşqçisi

Baş məşqçi 10 sözə görə 10 min cərimə ödəyəcək

“Portu”nun baş məşqçisi Serjiu Konseysau hakimi təhqir etdiyinə görə 21 gün müddətinə diskvalifikasiya edilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, Portuqaliya Futbol Federasiyasının intizam şurası qərarıdır.

46 yaşlı mütəxəssis Portuqaliya çempionatının 29-cu turunun “Moreyrense” ilə (1:1) oynadığı oyundan sonra hakimə dediyi bu sözlərə görə cəzalandırılıb: “Sən zəif və pis adamsan, sən bizim iki çempionluğumuzu oğurlamısan. Sən oğrusan”.

Konseysau hakimə söylədiyi bu sözlərə görə10,2 min avro cərimə ödəməlidir. 

Portuqaliya çempionatının finişinə 5 tur qalmış “Portu” 67 xalla ikinci sıradadır. Lider “Sportinq”dən 6 xal geri qalır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926
avatar

Oxşar yazılar