Azərbaycan millisi Avropa çempionatının 5-ci səbətində
05 yanvar 2021 09:33 (UTC +04:00)

Azərbaycan millisi Avropa çempionatının 5-ci səbətində

 

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək AVRO-2023-ün seçmə mərhələsinin püşkatma vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi yanvarın 28-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq püşkatmada 53 komandanın rəqibləri bilinəcək. Martda start götürəcək yarışda komandalar final mərhələsinə vəsiqə verən 14 yer uğrunda mübarizə aparacaqlar. Ev sahibləri Gürcüstan və Rumıniya avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanıb.

Püşkatma zamanı komandalar 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. 9 qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq. Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.

Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, yığmamız Ermənistanla eyni qrupa düşə bilməz. Həmçinin Cəbəllütariq – İspaniya, Bosniya və Herseqovina – Kosovo, Kosovo – Serbiya, Kosovo – Rusiya və Rusiya – Ukrayna görüşləri də olmayacaq.

1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino

Qeyd edək ki, seçmə mərhələ mart 2021 – iyun 2022-ci illər aralığında keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında baş tutacaq.

# 2163
avatar

Oxşar yazılar